My analyzes...^_^ (Part 1) [40 Movies]
by nijat_hajiyev | created - 13 Mar 2014 | updated - 10 Aug 2015 | PublicAnalizlərim və fikirlərim. (40 Film)
1. The Time Traveler's Wife (2009)
2. Guilty (2011) [Présumé coupable- Haftbefehl]
3. 1408 (2007)
4. The Hobbit : The Desolation of Smaug (2013)
5. Take me Home (2011)
6. Philomena (2013)
7. Lilya F-ever (2002)
8. Dogville (2003)
9. Evil (2003) [Odnskan]
10. Bang Bang You're Dead (20023)
11. Something The Lord Made (2004)
12. Murder in the First (1995)
13. Persona (1966)
14. In My Father's Den (2004)
15. The Whistleblower (2010)
16. Funny Games (1997) (2007)
17. Freedom Writers (2007)
18. Temple Grandin (2010)
19. The Life of David Gale (2003)
20. Sling Blade (1996)
21. Foxcatcher (2014)
22. 99 Francs (2007)
23. A Clockwork Orange (1971)
24. Wild Tales (2014)
25. Fate (2001) [Yazgi]
26. Jacob's Ladder (1990)
27. Marshland (2014) [La isla minima]
28. Inside (2007) [À l'intérieur]
29. Dogtooth (2009) [ Kynodontas]
30. in Bruges (2008)
31. Antichrist (2009)
32. 12 Angry Men (1957)
33. Full Metal Jacket (1987)
34. The Tribe (2014) [Plemya]
35. James Boy (2014)
36. Earthlings (2005)
37. Letters to Father Jacob (2009) [Postia pappi Jaakobille]
38. The Breakfast Club (1985)
39. Angels of Universe (2000) [Englar Alheimsins]
40. Reconstruction(2003)
- Instant Watch Options
- Genres
- Movies or TV
- IMDb Rating
- In Theaters
- Release Year
- Keywords
1. The Time Traveler's Wife (2009)
PG-13 | 107 min | Comedy, Drama, Fantasy
Henry DeTamble, a librarian, possesses a unique gene that lets him involuntarily travel through time. His wife, Claire Abshire, finds it difficult to cope with it.
Director: Robert Schwentke | Stars: Eric Bana, Rachel McAdams, Ron Livingston, Michelle Nolden
Votes: 157,617 | Gross: $63.41M
Kinoya yeni baxın qutarıram... Hətta uzun aradan sonra yenidən kinoya baxmağa başladım...Düzdü çox təsir etmirdi artıq kinolar..çox yalnızdım...İndi isə bilmirəm hardan başlayım...Amma mənim üçün ən ideal aktrisalardan biri olan Rachel McAdams filmlərinə baxmaya bilmirəm...İlk olaraq onu deyim ki, kitab oxumağı sevənlər Audrey Niffenegger eyni adlı romanını oxuyub..Eyni adlı roman əsasında yaradılmış bu filmdə həqiqətən kitabdan heç bir fərqli cəhəti yoxdur...
Sevgi bu olsa gərək...Evlənməmişdən əvvəl uşaqlıqdan bəri tanış olduğu "O"-nun genetik xəstəliyini bilir..və yenədə buna baxmayaraq ona olan sevgisindən bunu qəbul edir...və bununlada yaşayır...bir sözlə desək romantika-fantastika-dram kateqoriyasında "About Time" filmindən sonra baxdığım və bəyəndiyim filmlərdən biridir.
P.S - Kinoya baxıb arxa planda çalınan soundtrack-i axtaranlar : Mychael Danna - The Time
My Score -7.1/10
2. Guilty (2011)
102 min | Biography, Crime, Drama
A family man battles to prove his innocence after being accused of a heinous crime.
Director: Vincent Garenq | Stars: Philippe Torreton, Wladimir Yordanoff, Noémie Lvovsky, Raphaël Ferret
Votes: 2,029
Bioqrafiya-Dram kateqoriyasında izlədiyim ən ağıl almaz filmlərdən biridir. Bu günə qədər niyə izləmədiyimidə bilmirəm. Film psixolojidə təsir edə bilər..Niyə də etməsin..? Özüvü günahsız insanların yerinə qoyun..və bir gün evinizə polislərin gəlib dəlil olmadan, tanımadığınız hər hansı bir insanın yalanı ilə cəzalandırılırsınız..Necə ola bilərsiz..? 20 ay həbsxana qala-qala , heç bir günahınız olmadan günahlandırmaq necə hissdir..? O hissi yaşamayan bilməz..Amma necə hiss olduğunu bilmək istəsəniz baxın... Və Fransa...Fransanın ədalət sisteminin necədə çökdüyü anladan əla bir film..Bu günə qədər yaşanmış ən böyük skandallardan biri.. Hətta günahsız olan insanların biri həbsxanada ölürsə bu lap skandaldır...Amma bu skandalı nə qədər ört basdır etsələrdə əminəm ki, bunu çox bacarmayıb..Amma nə yazıq ki, ədalətsizlə etdikləri işin ədalətsizliklə cəzalandırdılar...
"Allahım, mən bilirəm ki, bu sənin ədalətin deyil..mən burdayam..Sənin ədalətivə görə yox..mən burdayam ..İnsanların ədalətinə görə..."
My Score - 7.8/10
3. 1408 (2007)
PG-13 | 104 min | Fantasy, Horror, Mystery
A man who specialises in debunking paranormal occurrences checks into the fabled room 1408 in the Dolphin Hotel. Soon after settling in, he confronts genuine terror.
Director: Mikael Håfström | Stars: John Cusack, Samuel L. Jackson, Mary McCormack, Tony Shalhoub
Votes: 293,191 | Gross: $71.99M
Psixoloji-Qorxu tərzində filmləri xoşlayırsınızsa məsləhət görəyəcim bir filmdir. Həmdə S.King-in qısa şəkildə yazılmış romanı və bəzi əlavələrlə ərsəyə gəlib. Qızı öldükdən sonra hər şey mənasızlaşan və heç bir kəsin duyğusunu önəmsəməyən bir ata ...Bu tərz filmlərə çox baxmadığım üçün məni çox cəlb etmədi...Amma bu tərz xoşlayan insanların çox sevəcəyi tərzdən bir filmdir...
"Onsuz hər kəs bir gün ölür..."
My Score - 6.8/10
4. The Hobbit: The Desolation of Smaug (2013)
PG-13 | 161 min | Adventure, Drama, Fantasy
The dwarves, along with Bilbo Baggins and Gandalf the Grey, continue their quest to reclaim Erebor, their homeland, from Smaug. Bilbo Baggins is in possession of a mysterious and magical ring.
Director: Peter Jackson | Stars: Ian McKellen, Martin Freeman, Richard Armitage, Ken Stott
Votes: 702,818 | Gross: $258.37M
Bir çoxumuzun tanıdığı Lord of the Rings seriyasının dəvamı olaraq göstərilən The Hobbit serisinin 2-ci filmi.. Bəli hər zaman ki, kimi öz kateqoriyasında şedevr olaraq qalacaq amma düşünürəm ki, Lord of the Rings serisini keçə bilməyəcək...
Səbirsizliklə 3-cü hissəsini gözləyirəm...Əla filmdir.. Çox sözə ehtiyac yoxdur...Bu tərz film sevənlər mütləq baxsın...Bir çox ölkədə izlənmə rekordları qırmış bir film.
My Score - 8.0/10
5. Take Me Home (2011)
PG-13 | 97 min | Comedy, Romance
Soon after Thom starts operating as an illegal taxi driver in New York City, Claire hires him to drive her to California after her estranged father suffers a heart attack.
Director: Sam Jaeger | Stars: Sam Jaeger, Amber Jaeger, Victor Garber, Lin Shaye
Votes: 7,868 | Gross: $0.02M
Hər hansı bir yerdə bu filmi görənlər tövsiyyəm sadəcə boş vaxtınız varsa baxın. Həqiqətəndə çox yerində sıxıldım..Kinonun son hissəsi anlamaq isə...Yol hekayələri haqqında filmləri sevirsinizsə baxın. Romantika çoxda yox idi..Amma istəsəniz ailəcə oturub izləyin...
My Score. 6/10
6. Philomena (2013)
PG-13 | 98 min | Biography, Comedy, Drama
A world-weary political journalist picks up the story of a woman's search for her son, who was taken away from her decades ago after she became pregnant and was forced to live in a convent.
Director: Stephen Frears | Stars: Judi Dench, Steve Coogan, Sophie Kennedy Clark, Mare Winningham
Votes: 103,671 | Gross: $37.71M
2013-cü ilin ən yaxşı filmlərindən biri.. İzləyərkən aldığım o hissləri deməkdə çətinlik çəkirəm. Din-dən istifadə edərək insanlara əziyyət verən və uşaqları pula satan katolik kilsə və həmin uşaqların "utanan" anaları...Sadəcə izləyin...
8.0 / 10
7. Lilya 4-Ever (2002)
R | 109 min | Crime, Drama
Sixteen-year-old Lilja and her only friend, the young boy Volodja, live in Russia, fantasizing about a better life. One day, Lilja falls in love with Andrej, who is going to Sweden, and invites Lilja to come along and start a new life.
Director: Lukas Moodysson | Stars: Oksana Akinshina, Artyom Bogucharskiy, Pavel Ponomaryov, Lyubov Agapova
Votes: 49,219 | Gross: $0.18M
Lilya-nın gərçək həyatı olmasada, bir çox qızın yaşadığı , bütün ölkələrdəki problemi açıq şəkildə göstərən sarsıdıcı bir dram. Film o qədər sarsır ki, izlədikdən sonra yazılası heçnə qalmır. Əgər baxmaq istəyən olsa , nəzərinizə çatdırım ki, emotional yöndən zəif olanlar filmdən uzaq dursun. Psixoloji cəhətdən insanları əsasəndə yaşlı nəsilə, qızlara təsir edə bilər. Filmin hekayəsi 2000-ci ildə İsveçə gedən litvanyalı Danguole Rasalaite (əlavə məlumat yazıb spoiler vermək istəmirəm) -in həyatına əsaslandırılaraq çəkilib. Film İsveç tərəfindən Oskar-da "ən yaxşı xarici dil" kateqoriyasında nominasiya üçün seçilsədə dialoqların rus dilində olmağı və İsveç dilinin heç işlədilməməsi səbəbi ilə namizədlər siyahısından çıxarılmışdır. Əgər çıxarılmasaydı həmin il Oskar alması gözlənirdi.
8. Dogville (2003)
R | 178 min | Crime, Drama
A woman on the run from the mob is reluctantly accepted in a small Colorado community in exchange for labor, but when a search visits the town she finds out that their support has a price.
Director: Lars von Trier | Stars: Nicole Kidman, Paul Bettany, Lauren Bacall, Harriet Andersson
Votes: 158,230 | Gross: $1.53M
"...bəzi insanları əhilləşdirməzsiniz, onları pislik etməyə məcbur edəməzsiniz. Pisliklərini üzlərinə vurduqdan sonra sadəcə inkar etməz, sizdən daha da nifrət edərlər! Onları görməzdən də gələməzsiniz, cəzalarını haqq ediblərsə , ediblər. Mərhəmət hər zaman ən doğrusu deyil, ən gözəli və ən əxlaqlısıda deyildir. Sizə pislik edənləri üzrlü görmək, onlara anlayış göstərmək, onların içindəki şeytanı bəslər, böyüdər. Əfv etmək bəlkə də o insana edə biləcəyimiz ən böyük pislikdir..." Yuxarıda yazdığımı filmə baxdıqdan sonra anlayacaqsız.Tək məkanda keçən az bücdə ilə çəkilmiş gündəlik kinolardan fərqli bir tərzdədir. İlk 70-80 dəqiqəsi sıxıcı olsada sonradan hadisələr psixoloji hal almağa başlayır. İnsanın yaxşılıq uğruna kölə kimi istifadə edilməsi və hər kəsin bundan faydalanması çox gözəl göstəriblər. Son səhnəsində hər zaman ki, kimi Trier təəccübləndirir. Bəlkə də, digər filmlərindən fərqli olaraq bizi psixoloji cəhətdən biraz rahatladır. Trier sevənlər üçün şahəsər olsada action, thriller, horror və s. filmlər sevənlər uzaq dursun. Kino heavy dram (ağır dram) olsa da, dəyişik tərzdə filmləri bəyənməyənlərdə uzaq dursun. Hər kəsə tövsiyyə etməyəcəyim tərzdə bir şah əsərdi. Trier insanları, insanların təbiətini çox əla analiz edə bilir. -spoiler- "Son səhnəsində mən daha sadistcə davranardım...Hətta bir an əfv edəcək deyə psixologiyam pozuldu "- Spoiler
9. Evil (2003)
Not Rated | 113 min | Drama
A teenage boy expelled from school for fighting arrives at a boarding school where the systematic bullying of younger students is encouraged as a means to maintain discipline, and decides to fight back.
Director: Mikael Håfström | Stars: Andreas Wilson, Henrik Lundström, Gustaf Skarsgård, Linda Zilliacus
Votes: 41,960 | Gross: $0.02M
" İnsanları heyvanlardan fərqləndirən tək cəhət şüurları deyil, onların əxlaqlarıdır..." Şm.Avropa kinomotoqrafiya birliyinin filmlərindən biridir. Hər filmlərində olduğu kimi yenə soyuq münasibətlər ön plandadır. Film təhsil sisteminin sərtliyini , sürü anlayışının yanlışlığını, itaətkarlıq qavramını açıq şəkildə tənqid edir. Həmçinin yenə filmdə psixoloji-gərginlik yaşaya bilərsiz. Mikael Hafström-ün ilk uzun metrajlı filmi olmasına baxmayaraq Oskar-da "ən yaxşı xaricidildə kino" nominasıyasından biri olub. Filmin hekayəsi real hadisələr əsasında çəkilib. (personajların adları dəyişdirilib.)
10. Bang Bang You're Dead (2002)
R | 93 min | Crime, Drama, Thriller
Trevor is a troubled high school student, thanks to the effects of bullying. This is the story of his fight to break free.
Director: Guy Ferland | Stars: Tom Cavanagh, Ben Foster, Randy Harrison, Janel Moloney
Votes: 13,119
Bəsit film film olduğuna baxmayın "məktəbdə şiddət " temalı ən yaxşı 3 filmdən biridir. Hər kəsin izləməsini tövsiyyə edirəm əsasəndə müəllimləri və ya təhsil sahəsində işləyən dostları. Film kaş daha tanınmış insanların əlindən keçərdi. Lazım olan marağı görərdi. Final səhnəsi mükəmməl idi. Film Columbine High School -da olan hadisələrdən dərs çıxarılması üçün hazırlanmış 1999-cu ildə yayımlanan "Bang, bang you're dead" adlı teatr-ın kino versiyasıdır.
11. Something the Lord Made (2004 TV Movie)
TV-PG | 110 min | Biography, Drama
A dramatization of the relationship between heart surgery pioneers Alfred Blalock and Vivien Thomas.
Director: Joseph Sargent | Stars: Cliff McMullen, Yasiin Bey, Luray Cooper, Alan Rickman
Votes: 15,250
HBO (Amerikan ən nüfuzlu kanallarından biridir) kanalı tərəfindən ərsəyə gəlmiş TV-Movie-dir. HBO kanalı kütlə üçün film, serial çəkmir. Buna görə də hər il Emmy mükafatlarına embarqo qoymağı bacarır. Araşdırsanız görəcəksiniz etmiş olduğu serialları, TV-movie-ləri. Bu filmdə onlardan biridir. Söhbət ilk dəfə açıq şəkildə bypass əməliyyatından gedir. Məşhur həkim Blalock və həkim nüsxəsi olmayan eyni zamanda "colored" (qara dərili insanlar) olan Vivian Thomas-ın hekayəsidir. V.Thomas, hər insan azad və eyni haqqlara sahib olaraq doğar deyən Amerikan-ın 3-cü dərəcəli vətəndaşıdır. Kinoya baxmazdan əvvəl sizə o zaman ki , "colored" insanlara olunan haqsızlıqları deyim : 1. Hər nə olursa olsun, hər zaman ağ dərili insanlara yol verilməlidir. 2. Avtobusda istənilən yerə otura bilməzdi. 3. İstədiyi bank-a pulu qoya bilməzdi və qoduğu bank müflis olana qədər pulunu çəkə bilməzdi... Belə şəraitin olduğu vəziyyətdə yaşamağa çalışan , xəyalları olan V.Thomas və Blalock-un hekayəsinə bir çoxunuzun baxmasını məsləhət görürəm əsasəndə Tibb sahəsində çalışan və ya marağı olan insanların.
12. Murder in the First (1995)
R | 122 min | Drama, Thriller
An eager and idealistic young attorney defends an Alcatraz prisoner accused of murdering a fellow inmate. The extenuating circumstances: his client had just spent over three years in solitary confinement.
Director: Marc Rocco | Stars: Christian Slater, Kevin Bacon, Gary Oldman, Embeth Davidtz
Votes: 30,486 | Gross: $17.38M
" Siz heç 5 dollar oğurladığınız üçün həbsxanaya girmisiz ?"
1995-ci ildə çəkilmiş K.Bacon və Gary Oldman kimi aktyorların yer aldığı bir kənarda durmuş və düşündüğüm qədəri ilə haqsızlıq olunan filmlərdən biridir. Sleepers filmidə haqsızlıq olunan filmlərdən idi. 1996-cı ildə Kevin Bacon bu roluna görə Oskara namizəd olmalı idi və hətta qazanmalı idi.
Kino 5 dollar oğurladığı üçün Alcatraz həbsxanasına düşən Henri Young və insanlıq dışı hadisələrdən danışır. Mövzunun real hadisələrdən götürüldüyünü nəzərə alsaq olunan haqsızlıqlar, tədbirlər həqiqətəndə insana psixoloji yöndən zərbə vurur. Bu böyük insanlıqdan ayıbını dram,biografiya və Hüquq tələbələrinin mütləq izləməsini tövsiyyə edirəm.
13. Persona (1966)
Not Rated | 83 min | Drama, Thriller
A nurse is put in charge of a mute actress and finds that their personae are melding together.
Director: Ingmar Bergman | Stars: Bibi Andersson, Liv Ullmann, Margaretha Krook, Gunnar Björnstrand
Votes: 130,387
İlk öncə onu deyim İngmar Bergman-ın şahəsəri və bir çox filmin ilham qaynağı olmuş bir filmdir. İ.Bergman filmi çəkməzdən əvvəl 1965-ci ildə xəstə idi. Başı dəhşətli şəkildə fırlanırdı hətta yatarkən belə baş fırlanması yaşayırdı. Bergman tavana baxaraq 2 üzün bir-birinə birləşdiyi düşünməyə çalışar və bundan sonra müalicəsi müsbət şəkildə dəvam edər. Sağaldıqdan sonra isə pəncərədən baxarkən çöldə xəstə ilə ona baxan həkimi görər. Persona filmi bu iki insanın münasibətləri əsasında çəkilmişdir. Persona nevrozların filmidir. Filmə baxmazdan əvvəl Carl Gustav-ın eyni adlı teoriyasını araşdırmanızı tövsiyyə edirəm. Bu teoriyaya görə,insanlara göstərdiyimiz üzlər başqasının görməsinə icazə verdiyimiz bizim bir parçamız olan persona-dır. Cəmiyyət tərəfindən pis reaksiya görməmək üçün gizlətməyə çalışdığımız bir hissədir. Persona digər adıyla insanların taxmış olduğu maskadır. Ətraflı məlumat : https://en.wikipedia.org/wiki/Persona_(psychology) Filmdə insanların gərçək üzlərini sorğulamaq imkanımız olur. Sizcə ən yaxın bildiklərimiz bizə gərçək üzünü mü göstərir ? Sizcə hamısı maskamı taxır..? Sadəcə digər insanların olmaq istədikləri kimi davranmağa çalışarıq. Özümüzü sevirik kimi göstərib əslində sevmərik. Və o qədər gözəl aktyorluq edərik ki, bir zaman sonra hansı üzümüzün gərçək olduğunu anlamarıq belə. Ən yaxşısı susmaq və dinləmək, bəlkə də həqiqətən dinləməyi bacara bilsəm insanların heç vaxt etmədiyi kimi digərlərinin maskasını aşağı sala bilərəm, bir an olsa belə səmimiyyəti və məsumiyyəti görmək üçün persona-nın dilini kəsə bilərəm. Susdum artıq, sadəcə dinləyirəm, başqasını oynamaqdan əl çəktim, mənə əvvəl özünüzü, sonra isə məni verin...Bergman insan psixologiyasını çox incə şəkildə təhlil edib. Filmi bir neçə dəfə izləməkdə fayda var.Çünki film gücünü dialoqlardan alır. Hətta filmdə bəzi səhnələrdəki dialoqlar təkrarlanır. Bergmanın dialoqları 2 dəfə təkrarlatmasının səbəbi bütün diqqətləri filmin dialoqlarına çəkməsidir. Niyə insanlar heç bir zaman özündən razı qalmaz ? Hər zaman qarşısındakı adam olmaq istər ? Heç danışmadan və yaxud ancaq danışaraq problemləri həll etmək mümkündür mü ? Həmçinin "Analıq" qavramı haqqında bir-birimizi sorğuladığımız bir filmdir. Film haqqında heç bir şey bilməyən insan filmə baxdıqdan sonra heç bir şey anlamır. Bunu bilən Bergman "Anlatmaq istədiyimiz hekayə dinlədiyiniz hekayə ilə eyni deyildir " deyir. Son zamanlarda psixoloji filmlər deyildikdə insanlar qorxu filmlər başa düşür. Orda tökülən qanlar, qan-dondurucu hadisələr insanların psixologiyasına təsir edir. Haqlıdılar . Amma insanın özünü sorğulaması, əsasda bu filmdən sonra hər kəs mi maska taxır ? və ya "mən fərqliyəm , maska taxmıram " deyə fikirləşəcəksiniz bilirəm. İnsan psixologiyasına dərindən təsir edən mükəmməl bir filmdi. Film də deyil sənət əsəridir. Mənə görə filmin ən mükəmməl səhnəsi - https://www.youtube.com/watch?v=oyFc3Nsncqw
14. In My Father's Den (2004)
R | 127 min | Drama, Mystery, Thriller
A disillusioned war journalist's return home is blighted when he becomes implicated in the mysterious disappearance of a teenage girl he has befriended.
Director: Brad McGann | Stars: Matthew Macfadyen, Miranda Otto, Emily Barclay, Colin Moy
Votes: 7,852
"Hər kəs olmaq istədiyi kişi ola bilməz..."
İncendies və Twice Born tərzində bir filmdir. Brad McGann-ın ilk və tək filmdir. Çünki filmi çəkdikdən 3 il sonra vəfat etmişdir. Ən yaxınlarımız belə bizim ən dərinimizə çatmağa çətinlik çəkərkən bir çox insanın yalnız qalması normaldır. Yalnızlıq o qədər insana təsir edər ki, bir gün insan ya ruhunu yada şəhərini dəyişmək istər. Öz doğub böyüdüyümüz şəhərə, qəsəbəyə , kəndə getmək hər zaman təsirli olmuşdur. İlk dəfə sevdiyimiz qızın, ilk dəfə dava etdiyimiz yerə yenidən gəlmək canımızı bəzən dərindən incidər. Paul mükafat almış bir müharibə fotoqrafçısıdır. Paul Grozny-də müharibə şəkilləri çəkərkən həyati məlumatlar öyrənir. Vicdanına sahib çıxa bilməyən Paul bu məlumatların öyrənilməsinə əngəl olmur və bunu öyrənən rusların etdiyi soyqırıma tamaşaçı qalan Paul sarsılmışdır. Pulitzer mükafatını almaqdan imtina edən Paul atasının ölümü ilə qəsəbəyə qayıdar. Amma keçmişdə yaşanmış hadisələrlə üzləşməli olur. Celia adlı bir qız dost olar və maraqlı söhbətlər keçirər. Celia atasını axtaran gənc bir qızdır. Səhv anlamalar, ailə problemlərinin yaşadığı filmdə soyuqluq , hüzün ön plandadır. Gələcəkdə atasının kim olduğunu öyrənən Celia ilə birlikdə tamaşaçılar şok yaşayacaqdır.
Filmdə işlədilən musiqilər mükəmməldir. Ən xoşladığım Demons mahnısı oldu...
https://www.youtube.com/watch?v=AMdm9q9U0N0
15. The Whistleblower (2010)
R | 112 min | Biography, Crime, Drama
A drama based on the experiences of Kathryn Bolkovac, a Nebraska cop who served as a peacekeeper in post-war Bosnia and outed the U.N. for covering up a sex trafficking scandal.
Director: Larysa Kondracki | Stars: Rachel Weisz, Monica Bellucci, Vanessa Redgrave, David Strathairn
Votes: 35,688 | Gross: $1.12M
Film Kathryn Bolkova adlı amerikalı polisin Bosnia-da işlədiyi vaxtı tamaşaçı qaldığı qan-dondurucu hadisələrə əsaslanır. Ağrıverici, psixoloji təsir edən filmlərdəndir. Bəzi səhnələrdə gərginləşməmək əldə deyil. Müharibədən sonra Bosnia.. amerika, birləşmiş millətlər öz seçdiyi insanları humanistliyi, ədaləti bərqərar etmək üçün Bosnia-ya göndərir. Lakin amerika, birləşmiş millətlər sadəcə TV-lərdə çıxıb aktyorluq etməkdən başqa nə bilir !? birləşmiş millətlərin qarışdığı bir hadisəyə tamaşa edirik.. Dünyanın ən böyük problemlərindən olan qadın ticarəti. Aldadılaraq qaçırılan qızların seks köləsi edilməsini izləyirik. Kinonun aktyorlar komandası mükəmməl olsada Rachel Weisz kinonu tək aparır. Avropanın ortasında yerləşən və sırb müsəlman olduqları üçün soyqırıma məruz qalsada heçnə edilməyən Bosnia və soyqırımdan sonra qadın ticarətinə məruz qalan bir ölkə...Təkcə bu problem Bosnia-nın deyil...Bir çox iç müharibəsi yaşayan ölkənin problemidir. İzlədikdən sonra asanlıqla həzm edə biləcəyiniz bir film deyil.
16. Funny Games (1997)
Not Rated | 108 min | Crime, Drama, Thriller
Two violent young men take a mother, father, and son hostage in their vacation cabin and force them to play sadistic "games" with one another for their own amusement.
Director: Michael Haneke | Stars: Susanne Lothar, Ulrich Mühe, Arno Frisch, Frank Giering
Votes: 83,595
Film başlarkən sakit tərzdə mahnı ilə başlayır və mənzərə ürək açandır. Ailə həftə sonunu yaxşı keçirmək üçün yaz evlərinə gedirlər. Sakit tərzdə gedən mahnı birdən metal rock-a çevrilir və qırmızı hərflərlə Haneke yazılır. Bunu bir çoxunuz filmə başlamazdan əvvəl fikir verməmisiniz. Amma əminəm ki, sakit mahının metal rock ilə əvəz olunması bir çoxunuzu incidə bilər. Filmdə american horror/thriller filmlərii gülünc vəziyyətə salan səhnələr var. Belə ki, ata ilə oğul qayıqdan qayıdarkən bıçaq yerə düşür. Həmin epizodu Haneke bütün tamaşaçılar görsün deyə yaxın plan çəkir. Filmə baxan bir çox insan əla başa düşür ki, həmin bıçaq filmin müəyyən səhnələrində meydana çıxmalı idi. Film həqiqətən ilk 10 dəqiqəsindən başlayaraq sona qədər axıcı tərzdə gedir. Haneke təkcə horror filmləri ilə məzələnmir həmçinin tamaşaçının əsəblərini mükəmməl pozmağı bacarır. Haneke interview-ların birində Hollywood filmlərinə olan antipatiyasını belə ifadə etmişdir : " Bütün dünya amerikan filmlərinin mədəniyyəti formasına gəlib. Amerikan filmlərinin izləyici sayı (fransız filmlərini çıxmaqla) 90%-dan çoxdur. Bu gərçəkdir. Yalandan özümüzü aldatmağa dəyməz.." 10 il sonra Haneke Funny Games 2 filmini Hollywood filmi kimi çəkəcəkdi. Amerika mədəniyyətinə uyğun. Bu fikir Funny Games fanatlarının xoşuna getməmişdi. Bunun məqsədi klassik american horror filmlərinə öyrəşən tamaşaçıların faizini alt-üst etmək idi. Haneke məqsədinə nail olur. Çünki Funny Games 2 amerikada sevilmir. Funny Games almaniya və avstriya xalqı üçündür. Funny Games 2 isə amerikan xalqı üçündür. Filmdə bəzi nöqtələrə deyinmək istəyirəm hansı ki, psixoloji nöqtədən təsir edən səhnələr :
1 - Ailəyə işgəncə olunarkən Paul-un üzünü tamaşaçılara çevirərək "Onların tərəfəni tutursuz, elə deyilmi " deməsi.
2. Yenə filmin sonlarına yaxın Paul-un tamaşaçılara çevrilərək "nə gözləyirsiz ? məntiqli bir son mu ?" deməsi.
və yuxarıda sadaladığım Hollywood ilə məzələndiyi epizodları deyə bilərəm.
Əminəm ki, filmə baxarkən hamınız Hollywood thriller-horror filmlərindəki kimi hər səhnədə fərqli bir şeylər gözləyirsiz. Amma hamısı boşa çıxır. Çox ümid bəsləməyin. Bu bir Haneke filmidir. Bu bir Haneke psixologiyasıdır.
7.5 /10
17. Freedom Writers (2007)
PG-13 | 123 min | Biography, Crime, Drama
A young teacher inspires her class of at-risk students to learn tolerance, apply themselves and pursue education beyond high school.
Director: Richard LaGravenese | Stars: Hilary Swank, Imelda Staunton, Patrick Dempsey, Scott Glenn
Votes: 85,085 | Gross: $36.61M
Hilary Swankın filmlərini bəyənirəm. İçində hüzün var, rahatlıq var. Buda onun kimi filmlərdən biridir. Freedom Writers Diary adlı kitaba əsaslanaraq çəkilmiş filmdə bir kənara itilmiş irq ayrı-seçkiliyi ilə böyüyən və məktəb təhsilinin onların həyatına kömək etməyəcəyini düşünən şagirdlər haqqındadır. Amma bu fikri dəyişdirən bir müəllimə. Onlara təhsilin çöldəki pisləklərdən daha önəmli olduğunu öyrətməyə çalışıır.
18. Temple Grandin (2010 TV Movie)
TV-PG | 107 min | Biography, Drama
A biopic of Temple Grandin, an autistic woman who has become one of the top scientists in the humane livestock handling industry.
Director: Mick Jackson | Stars: Claire Danes, Julia Ormond, David Strathairn, Catherine O'Hara
Votes: 32,432
"Təbiət heyvanlar üçün mərhəmətsizdir, amma bu bizim də mərhəmətsiz olmağımızı aşılamır. "
HBO film və serial mövzsunda yenə necə əhəmiyyətli kanal olduğunu göstərir. HBO kanalı heç bir zaman reytinq üçün film və serial çəkməsədə hər zaman ən reytinqli məhsullar bu kanaldan çıxır. Temple Grandin filmi mövzu etibarı ilə "A Beautiful Mind" və "Forrest Gump" filmlərinə oxşayır.
4 yaşında Otizim diaqnozu qoyalan, danışmaz denilən və cəmiyyətdən çıxarılması üçün müəyyən otizim mərkəzləri məsləhət görülən Temple Grandin-in real həyatına əsaslanaraq çəkilmiş bir filmdir. Claire Danes Oskarlıq performans göstərsədə, diqqətə alınmayıb. Film TV-movie olduğu üçün o qədərdə məşhur olmasada 2010-cu ildə 7 kateqoriyada qazanmış olduğu Emmy və Golden Globe mükafatları ilə diqqət çəkməyi bacarır. Temple Grandin bir çox otizm xəstəsinə ilham qaynağı olmağı bacarmışdır.
"Fərqliyəm amma əksik deyiləm"
19. The Life of David Gale (2003)
R | 130 min | Crime, Drama, Mystery
A man against capital punishment is accused of murdering a fellow activist and is sent to death row.
Director: Alan Parker | Stars: Kevin Spacey, Kate Winslet, Laura Linney, Cleo King
Votes: 125,776 | Gross: $19.59M
"- Səni öldürməklərinə icazə verəcəksən ?
+ Onsuz da ölməmək üçün bir şəkildə yaşamağa çalışırıq, yeyirik, içirik, dua edirik..Bəs ölüm haqqında kim nə bilir ? Bəlkə də ölüm bir hədiyyədir. "
Yaşadığı ərazidə ölüm hökmünün yığışdırılması üçün , ədalət üçün insanların ölməsinin əleyhinə olan Dr.David Gale aldadılır və buna görə insanların gözündə pis görünməyə başlayır. Həyatda mübarizə apardığı şeylər uğrunda öz həyatını ortaya qoyur.
"Sadəcə gələcəkdəki həyatımızın xəyalını qurarkən belə xoşbəxt oluruq ..."
Mistik, Thriller filmlərini sevənlərə tövsiyyə edirəm.Sonluq təəccüb doğurmağı bacardı.
David Gale professor olsada təcavüz damğası vururlur və həm işindən, həm də ailəsindən ayrılır.Uşağını görmədiyi üçün tez-tez depressiyaya düşən Gale həyatda ölüm hökmünün yığışdırlması üçün əlindən gələni edir. Hətta bunun üçün öz həyatınıda ortalığa qoyur.
20. Sling Blade (1996)
R | 135 min | Drama
Karl Childers, a simple man hospitalized since his childhood murder of his mother and her lover, is released to start a new life in a small town.
Director: Billy Bob Thornton | Stars: Billy Bob Thornton, Dwight Yoakam, J.T. Walsh, John Ritter
Votes: 98,594 | Gross: $24.48M
Karl üçün izləməyə dəyər bir filmdi. Başdan-sona qədər dram izləyirsiz.Həm ağlayısız , həm gülürsüz. Mövzu olaraq bəlli mövzudur. Amma içindəki dialoqları ilə, musiqiləri ilə möhtəşəm filmdir. Some folks call it a sling blade adlı qısa metrajlı film üzərinə çəkilsədə uzun metrajlı hissəsi daha çox bəyənilmişdir. Bəzi filmlər vardır bitdikdən sonra fikir yaza bilməzsən "şərhsizdir". Bəli, bu filmdə şərhsizdir.
21. Foxcatcher (2014)
R | 134 min | Biography, Drama, History
U.S. Olympic wrestling champions and brothers Mark Schultz and Dave Schultz join "Team Foxcatcher", led by eccentric multi-millionaire John du Pont, as they train for the 1988 Olympic Games in Seoul, South Korea, but John's self-destructive behavior threatens to consume them all.
Director: Bennett Miller | Stars: Steve Carell, Channing Tatum, Mark Ruffalo, Vanessa Redgrave
Votes: 148,955 | Gross: $12.10M
Film Amerikanın əfasəni güləşçi adlandırdığı Mark Schultz -un 1984 Olimpiya birinciliyindən sonrakı Dave və Du pont-un arasındakı münasibətlərə əsaslanaraq çəkilib. 1984-cü ildə Mark və Reşit Karabacak arasında final mübarizəsində Reşit açıq ara öndə olsa da Mark haqsız fəndlə Reşitin qolunu qıraraq Olimpiya çempionu olur. Kino 1984-cü il Olimpiya çempionluğundan sonrakı 1988-ci il Seul-dakı Olimpiya çempionluğu və bu müddət ərzindəki 3-lünün arasındakı münasibəti psixoloji birazda dram olaraq çatdırmağa çalışır. Sözün gərçəyi filmdə utanc verici 1984 cü il Olimpiya çempionatı haqqında danışılmaması yaxşıdır. Çünki o zamanlar Olimpiya çemionatı Amerikada keçirilirdi və buna görə haqsızlıq doğru kimi qəbul edilmişdi. Film 1984-cü ildəki hadisələrdən başlayır və 1988-ci il Seul Olimpiya çempionatı ilə sona çatır. Filmdə həmin səhnə açıq şəkildə göstərilməsədə həmin oyunda yenə türk olan Necmi Gençalp Mark-ı biabır edərək məğlub edir. Bundan sonra film Du Pont-un egosu ilə özündən keçməsi və Dave-i öldürməsi ilə başa çatır. Həmçinin Mark Seul-dan sonra güləşi buraxır. Film Du Pont -un egosuna görə Mark-ı yox etməyə çalışması haqqında psixoloji dram kimi getsədə o hisslər yaxşı çatdırılmayıb. Ortadan sonlara qədər sıxan bir film oldu.
5/10
22. 99 Francs (2007)
PG-13 | 100 min | Comedy, Drama
The life of Octave Parango, a flamboyant ad designer, filled with success, satire, misery and love.
Directors: Jan Kounen, Laurent Lafran, Bruno Vatin | Stars: Jean Dujardin, Jocelyn Quivrin, Patrick Mille, Vahina Giocante
Votes: 20,714
Reklam şirkətində çalışan Parisli biri artıq öz sənətinin manipulatsiyasından, namərdliyindən iyrənmişdir. Hətta ,o, iddia edir ki, özünü 99 Franc-a öldürə bilər...Yada gözləyin, edə bilməz ! Bəlkə edə bilər ?
" Hər şey müvəqqətidir. sevgi, sənət, dünya adlanan kainat, sizlər,mən. Hər şey müvəqqətidir və pul ilə əldə oluna biləndir. İnsanlarda digər məhsullar kimi son istifadə tarixi olan məhsuldur. Ölüm həyatdakı təqviminizdə qeydiyyatda olmayan tək görüşdür.." ...- Frédéric Beigbeder .F.Beigbeder Bakıda bir zamanlar hamının əlində gəzdirdiyi 99 Francs adlı kitabın yazarıdır. Kiabın adı 2000-ci illərdə nəşr olunanda fərqli olsada. Sonrakı nəşrdə "99 Francs" kimi dəyişdirilmişdi.
Film reklam və kapitalizm-i tənqid edir. Reklamın insan həyatından önəminə toxunur. Reklamsız məhsulunuzu necə satardız ?
(spoiler) Filmdə Octave adlı reklam ssenaristi həyatını istədiyi kimi yaşamaqdadır. Ən bahalı geyimlər tutmuş,qızlara qədər. Xobəxtliyinin tək səbəbi isə - narkotikdir. Çalışdığı yerdə Sophie adlı qız ilə tanış olar və özünü reklam etməkdə usta biri olan Octave qız ilə çıxmağa başlar. Bir gün Sophie hamilə qaldığını açıqlar. Octave bunu qəbul edə bilməz. Çünki o, narkotik,fahişələr daha xoşbəxt olduğunu düşünər. Sophie isə sevgiyə önəm verən biridir. Ayrıldıqdan sonra Sophie-nin yoxluğunu yaşayan Octave artıq depressiyaya düşmüşdür. İşində həddindən artıq uğurlu olan Octave reklam ssenarilərinin monotonlaşmasını xoşlamır. İnsanların artıq ucuz şeylərə aldandığını düşünməyə başlayır və bir anda öz işindən nifrət etməyə başlayır. Film 2 fərqli sonluq ilə bitir : İlki standart sonluqla, digəri isə sizin istədiyiniz sonluqla...(spoiler)
99 Francs romanından :
"Reklamcıyam. Kainatı çirkləndirirəm. Mən sizə pis şeyləri satan adamam. Heç vaxt sahib ola bilməyəcəyiniz o şeylərin xəyalını yaşadan. Photoshop ilə hazırlanmış qüsursuz bir xoşbəxtlik. Çətinliklə yığdığınız pul ilə, son kampaniyada itələdiyim xəyallarınızın maşınını almağı bacardığınızda mən onu çoxdan dəbdən salacam. Sizi yenilik aludəçisi edirəm. Yeniliyin özəlliyi heç bir zaman yeni qalmamasıdır. Mənim işimdə heç kimsə sizin xoşbəxt olmağınızı istəməz çünki xoşbəxt insanlar heç nəyi tükətməzlər. Çəkdiyiniz peşmanlıq, ticarəti canlandırır. Baxın mənim mübarizəm budur. Hədəfim isə sizlərsiniz."
Yazar 10 il ərzində Reklam şirkətində çalışdı. Təbii olaraq, kitab yazdıqdan sonra bir çox reklam şirkəti tərəfindən təzyiqlər aldı.
23. A Clockwork Orange (1971)
R | 136 min | Crime, Sci-Fi
In the future, a sadistic gang leader is imprisoned and volunteers for a conduct-aversion experiment, but it doesn't go as planned.
Director: Stanley Kubrick | Stars: Malcolm McDowell, Patrick Magee, Michael Bates, Warren Clarke
Votes: 878,670 | Gross: $6.21M
4 kateqoriyada Oskara namizəd göstərilsədə bir çox ölkədə qadağan olunmuş bir filmdir. İrlandiya, İspaniya, C.Koreya, Sinqapur, Malayziya kimi ölkələrdə qadağan olunmuşdur. Səbəb isə təcavüz səhnələrinin olmasıdır. Kubrick-in ölümündən sonra isə İngiltərədə qadağan qalxmışdır və kino göstərimə girmişdir. Filmin İrlandiya və İngiltərədə qadağan olunmasının səbəbi isə əslində başqadır. Beləki kinoda gördüyünüz kimi İngiltərədəki xaos, polislərin vəzifəsindən sui-istifadə etməsi həmçinin nazirlərin seçkidə qazanması üçün insanları siyası bir obyekt görməsini tənqid edir. Film dystopia ( günümüzdəki ideal cəmiyyətin getdikcə pisləşərək arzuolunmaz və ya qorxulu hala gəlməsi haqqında bir düşüncə tərzidir.) tərzi filmlərin ən yaxşılarındandır. Mövzu kimi bir gəncin etdiyi lüzumsuz hərəkətlər göstərilsədə əslində film daha çox mövcud sistemi tənqid edir və sistemin gələcəkdə yarada biləcək problemi göstərir. Dystopia filmi olduğu üçün ilinin köhnə olmasına baxmayın. Filmdə onsuz o dönəmi göstərir. Xaos vəziyyəti ilə qarşı-qarşıyasınız. Əsas sual budur - 1971-ci ildən bu günə qədər anlatmaq istədikləri dəvam mı edir..? Sizcə həqiqətəndə insanlar əhilləşdirilərək şiddət yox edilə bilər mi ? Məsələn günümüzdən götürək. Əgər siz hər hansı bir insana salam versəniz cavab verməyə bilər. Amma həmin insanı söysəniz mütləq cavab verəcəkdir...Kubrick, insanın təbiətində olan pisliyin, şiddətin, mənfəət hissinin əhilləşməyəcəyini göstərməyə çalışır. Sizcə bacarar mı ? Filmdəki qəhrəman Alex-in şiddətə qarşı reaksiyasının azaltmaq üçün ona şiddətə sahib təcrübələrə aparılır. Bir şiddət başqa bir şiddət üsulu ilə əhilləşdirilməyə çalışır. Bəs şəhvət arzusu ? O müəyyən testlərdən sonra əhilləşdirilə bilər mi ? Bu qədər ağır testlərdən sonra Alex cəmiyyət içindədir. Ən yaxın dostları tərəfindən satılan Alex və yəqin ki, o intiqam hissələrini hamımız yaşamışıq. Bəlkə ondan daha çox intiqam almaq istərdik. Amma artıq Alex şiddətə qarşı əhilləşdirilmişdir. Ona görə artıq ona xəyanət edən dostlarına qarşı şiddət göstərə bilməz. Bəs insan özünü necə qorumalıdr ?
S.Freud mənə görə insan psixologiyasını çox gözəl təhlil etmişdir. Ona insan ruhunu 3 mərhələdə təhlil etmişdir. Bunlardan biri insanın heyvansal duymaya (instinct) qarşı gələn şüur, istəklərimizi , ehtiraslarımızı idarə edən ego , digəri isə cəmiyyət ilə ayaqlaşmağımıza kömək edən , "vicdan" da deyə biləcəyimiz nəzarət mexanizmi olan superego-dur ( Daha ətraflı https://en.wikipedia.org/wiki/Id,_ego_and_super-ego)...
Kubrick-ə görə əsas məsələ Freud-un bu təhlilidir. İnsan özünə hakim ola bilməyəndə, öz istəkləri, ehtirası egosuna üstün gələndə ortaya superego çıxır.
Filmdə bir çox kreativlik ön plana çıxır. “Singing in the rain” mahnı ilə 1952-ci ildəki həmin kinoyada göndərmə edilmişdir. Həmin filmə baxmayan üçün onu deyim ki, filmdə həyatın necədə yaşamalı, gözəl olduğu göstərilir. O zamanlar insanların mehriban, şiddətsiz mahnılar ilə dans edib əylənərək əks etdirilməsi göstərilir. Lakin Kubrick öz filmində bunun elə olmadığını açıq şəkildə göstərir. O zamanlarda İngiltərənin (təkcə buranın deyil) necə də təhlükəli olduğunu, insanların hətta dostların belə, güvənsiz olduğunu göstərməyə çalışıb.
Film yayımlandığı ilk gün tənqid atəşlərinə tutuldu. Bir çox ölkə müxtəlif bəhanələr ilə qadağa qoydu. Əslində səbəb təcavüz səhnələri deyildi. Louis Bunuel (ispaniyalı rejissor və ssenarist) "A Clockwork Orange" demişdir ki, "hal-hazırda mənim ən sevimli filmimdir. Çünki bu film modern dünyanın pisliklərini göstərən tək filmdir."
Filmdə həmçinin Kubrick Bethovenədə böyük yer vermişdir.Əsas personaj Alex Behtovenin sənəti ilə zarafatlaşan dostuna "bu günahdır, onun musiqisinə etdiyin hörmətsizlik günahdır..." demişdir.
Diqqətimi çəkən və bəyəndiyim o musiqi.
https://www.youtube.com/watch?v=HI-mDTdeKR8
A.Burgess-in kitabı əsasında çəkilsədə Film romandan daha çox səs gətirmişdir.
24. Wild Tales (2014)
R | 122 min | Comedy, Drama, Thriller
Six short stories that explore the extremities of human behavior involving people in distress.
Director: Damián Szifron | Stars: Darío Grandinetti, María Marull, Mónica Villa, Diego Starosta
Votes: 215,370 | Gross: $3.11M
Adından bəlli olduğu kimi insanların intiqam uğruna bir-birinə etdiklərini göstərən 6 hekayədir. Bu günə qədər heç yadıma gəlmir bu tərzdə film izlədiyim. İnarittu-nun "Ölüm" üçləməsini (Ameros Perros, 21 Grams, Babel) və Crash filmlərini baxmazdan əvvəl bu filmlə eyni tuturdum. Zənn edirdim ki, 6 qısa hekayə bir-biri ilə bağlanacaq. Amma heç bir yerdə bağlanmadı. Bir hekayə başladı bir hekayə bitti. Axıcı olsada bu sizləri sıxa bilər. Kaş film bir nöqtəyə bağlansaydı. Musiqiləri gözəl seçilmişdi. Ssenari bəsit olsada gözəl idi. Əsasəndə mühəndis olan səhnə. O səhnə tam dərslik səhnə idi. Bu problem tək 1 ölkə də deyil bütün ölkələrdir deyəsən. 6 hekayəni tək-tək dəyərləndirsəm :
1-ci hekayə çox bəsit idi. Gabriel Pasternak həyatda ona xəyanət edən, irəli getməsinə əngəl qoyan bir sözlə nifrət etdiyi hər kəsi təyyarəyə yığır və sonda təyyarə anası və atasının evinə düşür. Bu hekayə məntiqsiz idi. Bu ehtimal çox çox kiçikdir. Bu hekayədə diqqətimi çəkən bir hadisədə musiqi, kino criticizing edənlər A class olmasada B,C class həyat yaşayır. Tənqidçilərin fikirləri önəmlidir. Lakin bu bizim ölkədə belə deyil. Heç bir class-a aid deyil. Bu üzücüdür.
2-ci hekayə paradoks nöqtəsindən yaxşı idi. Sizə görə vaxtı keçmiş zəhər mi ziyanlı olar yoxsa vaxtı keçməmişmi...? Cavan qız yaxşılıq nümayəndəsi olsada qoca xanım bəslədiyi intiqam ilə bəlkədə çoxumuzun istədiyi forma idi.
3-cü hekayə reallıq baxımdan mükəmməl idi. Bütün maşın sürənlər biləcək. Kiçik bir ego-ya görə vaxtımızı necə boş-boş xərcləyirik və hətta bu ölümədə çevrilə bilər.
4-cü hekayə kinonun ən mükəmməl səhnəsi idi. Tam dərslik. Bir insanın sistemə qarşı çıxması..."Bu işdə 3 yol var. Ya puluvu ödərsən, ya məhkəmə gedib puluvu xərcləyib yenə haqsız vəziyyətə düşüb vaxtıvı xərcləyərsən, ya dakı infakt keçirib ölərsən.." Bu səhnəni, hekayəni sadəcə izləyin.
5-ci hekayə "pul ilə bəzi şeyləri ala bilməzsən" teoriyanı məhv edən hekayədir. Oğlu üçün rüşvət verib, başqasının həyatını puça salan bir ata, rüşvət alan bir "ədalət" qulluqçusu, rüşvət təklif edən "advokat" , oğlunu düşünən "ana" və biraz pul görən kimi görməmişcəsinə daha da çox istəyən kasıb-ın hekayəsidir.
6-cı hekayə və final hekayə "toy" adlanır. İnam, dürüstlük, ədalət, intiqam və digər ünsürlər bu hekayədə toplanıb. Deyəcək bir şey yoxdur... Əgər evlənmək üzrə olduğunuz birinin mütəmadi olaraq cinsəl münasibətə girdiyi xanım sizin toyunuzda olsaydı siz nə edərdiz ? Maraqlıdır...Persona filminə baxanda bu hekayədə taxılıb qala bilərlər...hətta hər insanı sorğulaya bilərlər....
Axıcı film ola bilər, əyləncəli film ola bilər. Amma izlərkən dərs çıxarmağı bacarın. Şiddət şiddət doğurar.
7/10
25. Fate (2001)
119 min | Drama
Musa, who works as a bookkeeper in the customs office, believes in the emptiness and absurdity of life. He doesn't struggle to change his life; he lets himself flow along with events ... See full summary »
Director: Zeki Demirkubuz | Stars: Serdar Orçin, Zeynep Tokus, Engin Günaydin, Demir Karahan
Votes: 6,958
Nobel mükafatlı A.Camus-ın "Yad" romanına əsaslanaraq çəkilmiş Zeki Demirkubuz filmi. Zeki Demirkubuz-un “Karanlık Üstüne Öyküler” trilogiyasnın ilk filmidir. Digərləri İtiraf (2001), Bekleme Odası (2003) filmləridir. Əsas obraz olan Musa həyatda heç bir şeyi sorğulamayan, heçnə vecinə olmayan biridir. İnsanların iyi yönlərini qəbul etdiyi kimi onların pis yönlərinidə qəbul edər. A.Camus-un Sisyphus kimi tanıtdığı obraz Musa xarakteridir. Musa heç bir diqqətə almasada, sorğulamasada izləyicilər belə deyil. Cəmiyyətdəki haqsızlıqları, ədalət anlayışını bizə çox gözəl sorğulatan filmdir. Musa-nın komissar və savcı ilə etdiyi söhbət izləməyə dəyər idi.
26. Jacob's Ladder (I) (1990)
R | 113 min | Drama, Horror, Mystery
Mourning his dead child, a haunted Vietnam War veteran attempts to uncover his past while suffering from a severe case of dissociation. To do so, he must decipher reality and life from his own dreams, delusions, and perceptions of death.
Director: Adrian Lyne | Stars: Tim Robbins, Elizabeth Peña, Danny Aiello, Matt Craven
Votes: 117,486 | Gross: $26.12M
"Əgər ölməkdən qorxursansa və həyata tutunursansa həyatıvı almağa çalışan şeytanlar görərsən...Amma özünlə barışa bilsən şeytanlar mələyə çevrilər və səni bu dünyadan xilas edər..Hər şey sənin yanaşmandan asılıdır.." 90-cı illərin ən yaxşı psixoloji-thriller filmlərindən biridir. Film məndə "The Sixth Sense" təsiri yaratdı. Amma insanları narahat edən səhnələri ilə həmin filmdən daha üstündür. T.Robbins Vietnam müharibəsində iştirak edən bir əsgərdir. Lakin müharibəki son gününü xatırlaya bilmir. Öz həyatı ilə bağlı yuxular görməyə başlayır.Şeytanların onları izlədiyini düşünür. Vietnamdakı son gününü xatırlamağa çalışır. Nolan-ın "İnception" filmindəki kimi yuxu içində yuxu görməyə başlayır. Psixoloji-thriller filmləri sevən biri olaraq bu filmi bəyəndim. Sonlara yaxın həyəcan hissi artmağa başlayır. Düşünürəm ki, film bir neçə kino bu filmə əsaslanaraq çəkilib. Məsələn Ewan McGregor-un Stay filmi. Ladder insanları yavaş-yavaş dəli olmasına gətirib çıxaran bir dərmandır.Dərman meymunlarda və Vietnamdakı əsirlərdə testdən keçirilib. Həddindən artıq doza verildiyi üçün ölmüşlər. Lakin Amerika bu testi öz əsgərlərindədə yoxlayır. Çox cüzi doza ilə yeməklərinə əlavə olunur. Filmin hekayəsinə buna əsaslansada Amerika bu hekayəni heç vaxt qəbul etməyib. Filmin bir neçə səhnəsi sonradan silinmişdir. Youtube bu barədə axtarıb silinmiş səhnələrə baxa bilərsiz. Film sıxıcı kimi görünsədə, dərin filmdir. Ladder həmdə pilləkən mənasındadır. İnsann gözünə gələn ölümlə-yaşam arasıdakı məsafə.
27. Marshland (2014)
TV-MA | 105 min | Crime, Mystery, Thriller
Two cops lost in the deep south of Spain. One serial killer to catch. A lot of secrets and lies to disclose.
Director: Alberto Rodríguez | Stars: Javier Gutiérrez, Raúl Arévalo, María Varod, Perico Cervantes
Votes: 36,315
Son zamanlarda izlədiyim ən yaxşı thriller filmlərindən biri idi. Polis cinayətləri araşdırması üzrə son illərin ən yaxşı filmlərindəndir. İspan kinomotoqrafiyası getdikcə inkişaf etməkdədir. Başdan-sona qədər çox axıcı filmdir.
Təcavüz olunanaraq dəhşətli şəkildə öldürülən 2 qızın araşdırmasını edən polislər, 80-ci illərin abu-havası gözəl göstərilib. Qatilin kim olduğu bəlli olsada sıxmadan, həyəcan hissi buraxaraq gözəl göstərilib. Boş vaxtını maraqlı keçirmək istəyənlər üçün.
28. Inside (2007)
R | 82 min | Horror
Four months after the death of her husband, a woman on the brink of motherhood is tormented in her home by a strange woman who wants her unborn baby.
Directors: Alexandre Bustillo, Julien Maury | Stars: Alysson Paradis, Jean-Baptiste Tabourin, Claude Lulé, Dominique Frot
Votes: 44,516
Slasher Horror filmi tərzində fransız filmi. Bəzi izləyicilər üçün psixoloji film olsada daha çox thriller tərzindədir. Səhnələri ilə çoxunuzu narahat edə bilər. Bu filmi uşaqlarınızdan uzaq tutun. Dəhşət çox qan var.
-spoiler- Qəzada uşağını itirmiş bir xanım ilə həmin qəzada həyat yoldaşını itirsədə uşağı xilas olan xanımın hekayəsidir. Sarah öz ərinin yasını tutmaq istəsədə bir axşam qapısı döyülür və bütün işgəncə, qan bundan sonra başlayır. -spoiler.
Sadəcə bu tərz film sevənlərə tövsiyyə edirəm. Bu tərz sevməyənlərə və ya sadəcə qarşına çıxan anda baxmaq istəyənlərə tövsiyyə etmirəm.
29. Dogtooth (2009)
Not Rated | 97 min | Drama, Thriller
A controlling, manipulative father locks his three adult offsprings in a state of perpetual childhood by keeping them prisoner within the sprawling family compound.
Director: Yorgos Lanthimos | Stars: Christos Stergioglou, Michele Valley, Angeliki Papoulia, Christos Passalis
Votes: 109,585 | Gross: $0.11M
Son zamanlar da çəkilmiş ən diqqətçəkici, qışqırdıcı, şok edici filmdir. Yunanistan kinomotoqrafiyasının son illərdə çəkmiş olduğu və adından yetəri qədər söz edilən bir filmdir. Iphigenia (1977) filmindən sonra "ən yaxşı xarici dildə film" kateqoriyasında Oskarda namizəd olmuşdur. Həmçinin Cannes film festivalında "certain regard" mükafatını qazanmışdır. Trier, Haneke kimi ssenarist və rejissorların filmlərini bəyənmirsinizsə bu filmə baxmağı tövsiyyə etmirəm.Film Trier-in "Antichrist" filmindəki kimi hər şeydən uzaqlaşmış, bir kənarda öz vəhşi dünyasını yaratmış atanın və əhilləşdirməyə çalışan bir ailəsi haqqındadır. Ata uşaqların normal dünya ilə əlaqəsini tamamilə bağlamışdır. Müəyyən vaxtlarda həyətdə oynamalarına icazə verilsədə hər hansı bir səhvə görə cəzalanırdılar. Filmdə bizi uşaqlıqdan bəri öz qayda-qanunları ilə böyüdən valideynlərin uşaqlar üzərindəki təsiri göstərilir. Valideynlər , onların sözünə baxan , hər dediklərini edən bir mexanikamı arzulayırlar yoxsa normal şəkildə oynayan bir uşaq mı ? Rejissor, 90 dəqiqə ərzində valideyn-uşaq münasibətləri üzərində qurulmuş dərslik bir filmi narahat edəcək şəkildə bizə göstərir. Ata oğlunun cinsəl ehtiyaclarını qarşılamaq üçün iş yerində çalışan bir qızı pul qarşılığında oğlu ilə olmağa məcbur edir. Amma bu ehtiyac tamamilə heyvansaldır. Onsuz ailənin qurmaq istədiyi nizam-intizamı bu qız pozur. Uşaqlar yeni sözlər öyrənməyə başlayır. Bu sözlərin mənası isə onlara tamamilə başqa cür başa salınır. "Cəmiyyət və ailə" anlayışını, ailə qanunlarını sorğulayan, sorğulatan filmdir. Uşaqlar bəlli təhsildən, bəlli böyümə qanunlarından kənar böyüdülsə nələr olardı ? Əslində rejissor bir insanın robotdan fərqi olmadığını göstərməyə çalışır. İnsan beynini necə də rahatlıqla yumaq olar. Amma bir insanın nə qədər beynini yusaqda təbiət qanunları var və heç kəs həmin qanunlardan qaça bilməz. Şortik ilə gəzmənin və ya çəmənlikdə uzanıb kitab oxumanın mədəniyyətsizlik sayıldığı cəmiyyətdə yaşayırıq onsuzda. Bunları sorğulamadan sıradan, adi kimi qəbul edirik və ya edə bilirik. Kinoda pulun bir anlamı yoxdur. İstədikləri əşyaları hər hansı bir mübadilə ilə dəyişdirirlər. Valideynlər experiment aparır sanki. Televizor və bir çox texnogiyanın olmadığı evdə telefon belə gizli şəkildə istifadə olunur. Uşaqları telefonu tapanda belə onun nə olduğunu bilmədikləri üçün qorxmağa başlayırlar. Amerikanın tanınmış criticizing nümayəndəsi olan Roger Ebert filmi "Baxmaqdan doya bilməcəyiniz maşın qəzası" kimidir bənzətməsini etmişdir. Film haqqında həddindən artıq tənqidlər gəlmişdir. İstabul film festivalında göstərilmə siyahısına daxil olsada sonradan çıxarılmışdır. Filmdə uşaqların köpək dişləri düşdükləri zaman evdən ayrıla biləcəkləri deyilir. Uşaqlar isə tez-tez köpək dişləri sallanırmı deyə kontrol edirlər. Məhz buna görə filmin adı "Dogtooth" (Köpəkdişi)-dur. Yəqin ki, mənim kimi bir çoxunuzda final səhnəsidə qızın bagajdan çıxmasını arzuladınız...Amma əgər bir şeylər gərçəkdirsə. Qızın bagajda havasızlıqdan ölməyidə gərçəkdir.
30. In Bruges (2008)
R | 107 min | Comedy, Crime, Drama
After a job gone wrong, hitman Ray and his partner await orders from their ruthless boss in Bruges, Belgium, the last place in the world Ray wants to be.
Director: Martin McDonagh | Stars: Colin Farrell, Brendan Gleeson, Ciarán Hinds, Elizabeth Berrington
Votes: 460,242 | Gross: $7.76M
Biz film bitdikdən sonra boşluğa düşürük nə zaman ki təsirli filmlər ərsəyə gəlir. J.Cameron-un "Titanik" filmindən sonra Michael Bay-in "Pearl Harbor" filminə dözdük. Nə zaman ki, Pulp Fiction filmi çıxdı insanlar həmin filmi "dahi" adlandıraraq tərifləməyə başladı lakin kreativ film janrlarında tıxanma oldu. Hər kəs Tarantino-nun növbəti filmini istəyirdi. Böyük ehtimalla rejissorlar onlardan soruşmuşdur : "Tarantino nə etdi ? " öz orijinal stilindən çıxmazdan əvvəl. Bir çox şeyin imitasiyası kimi, Rolex saatları və ya başqa bir şeylər, eyni görünür amma fərqli işləyir...
Martin McDonagh-ın "in Bruges" filmi kimi sanki bir otağın qapısı açılır və siz sonsuzadək bir havanın dövran etdiyi yerdəsiz. Qətiyyətlə deyə bilərəm ki, rejissor öz orijinal stilini yaratmağı bacarmışdır və bu film onun ilk uzunmetrajlı filmidir. 2006-cı ildə "ən yaxşı qısa film" kateqoriyasında Oskar qazanmışdır. "İn Bruges" filminin ssenaristi kimidə "ən yaxşı ssenari" kateqoriyasında Oskara namizəd olmuşdur. Film yumor və dram arasında balans yaradaraq vurucu təsir bağışlayır. Yumor hissi Birdman, The Big Lebowski filmindəki kimi ironical şəkildə olsada ön planda deyil. Film hollywood istehsalı action filmi deyil. Onsuzda kinoda həyəcan axtarmağa dəyməz çünki filmin məqsədi bu deyil. Film Ted filmindəki ayının osturağı, American Pie filmindəki gənclərin seks etməyə çalışarkən sizi güldürən səhnələri ilə ibarət deyil. Hollywood çılğınları bu filmdən uzaq durun.
Dialoqlar çoxdur. Amma bir çox dialoqlar background musiqi və replikaların dərinliyi ilə insanı sıxmır. Soundtrack-ləri isə Bruges-in tarixi gözəlliyi ilə insanı heyran edir.
"Belçika dünyada ən çox nə ilə məşhurdur ? 1. Uşaq istismarı ; 2. Şokolodı ilə. Məncə belçikalılar şokoladı uşaqları aldada bilmək üçün kəşf ediblər.."
Əgər filmə baxmamısınızsa bundan sonrakı hissəni oxumayın. Çünki -SPOİLER- var. Ray (Colin Farrell) və Ken (Brendan Gleeson) mafia başçısı üçün işləyən muzdlu qatildir (Hitman). Ray qatardan düşdükdən sonra Bruges-ə önyargılar ilə yanaşır və bu şəhəri sevmir. Şəhərin tarixsəl yerlərini, gözəl məkanlarını rejissor mükəmməl göstərib. Harry (Ralph Fiennes) isə mafia başçısıdır və adamlarını Bruges-ə 2 həftəlik istirahət üçün yollayıb. Lakin bu istirahət zamanı zəng edərək onlara növbəti işləri haqqında məlumat verəcək. Bəzi səhnələrdə Ray-in ağlına bəzi şeylər düşür və kövrəlməyə başlayır. Bunun səbəbini əvvəl anlamasaqda sonra öyrənirik ki, Ray ilk işində istəməsədə səhvliklə uşağın ölümünə səbəb olub. Buna görə tez-tez sıxıntı çəkir. Bir axşam Ray kino çəkimləri zamanı Chloe ilə tanış olur və növbəti gün üçün axşam yeməyi üçün sözləşirlər. Həmin günü Harry onlara iş üçün zəng etsədə onlarla əlaqə saxlaya bilmir və hotel-ə məktub buraxır. Növbəti axşam Ken və Ray evdə olmalıdır. Lakin Ray-in əvvəlcədən danışdığı randevusu var. Ken Ray-ə həmin axşam üçün icazə verə biləcəyini söyləyir amma Ray bütün günü Ken ilə gəzməlidir. Bu gəzintilər zamanı dərin dialoqlar ilə tanış oluruq. Harry axşam zəng edər və Ken-ə bu söhbəti Ray-in bilməməsi üçün tənbeh edər. Harry-nin öz qayda-qanunları var və bu prinsiplərə əsasən heç zaman uşaq öldürmək olmaz. Buna görə də Harry Ken-ə Ray-i öldürməyi əmr edər. Ken Ray-i öldürməz və Harry Bruges-ə "şərəf məsələsini" həll etməyə gələr. Əmrlərinə tabe olmadığı üçün Ken-i öldürən Harry Ray-i öldürmək istərsən səhvliklə "cırtdan" insanıda öldürür. Lakin işlətdiyi güllə "domdom" olduğu üçün cırtdanın üzü görünməz hala gəlir. Uşaq öldürdüyünü zənn edən Harry-i intihar edir...-SPOİLER.
Filmdə ən sevdiyim dialoq :
Qiyamət gününə və ölümdən sonrasına inanırsan mı? günaha, cəzaya, cəhənnəmə...hamısına
Yox...Yox....Nəyə inanacağımı bilmirəm, Rey.
Uşaqkən sənə öyrədilənlər heç zamandan səndən əl çəkmir, elə deyil mi?
Yaxşı bir həyatın vacibliyinə inanıram. Yaşlı bir qadın kimi aldıqlarını evə daşıyarkən , özümü yorubda aldıqlarını daşımaqda kömək etmərəm...Etmərəm... Amma qapını açıb əvvəl onun çıxmasına kömək edərəm.
Bəli, onun əşyalarını daşımaq istəsəydin elə biləcəkdi ki, həjət-hüjətini (paraphernalia) oğurlamaq istəyirsən. Bu gün yaşadığımız dünya belədir.
31. Antichrist (2009)
Not Rated | 108 min | Drama, Horror, Thriller
A grieving couple retreat to their cabin in the woods, hoping to repair their broken hearts and troubled marriage, but nature takes its course and things go from bad to worse.
Director: Lars von Trier | Stars: Willem Dafoe, Charlotte Gainsbourg, Storm Acheche Sahlstrøm
Votes: 136,127 | Gross: $0.40M
Şübhəsiz Lars von Trier-in Nymphomaniac filmi ilə birlikdə izləyicini şok edən, incidən, psixologiyasını alt-üst edən filmlərdən biridir. Onsuz film Cannes Film Festivalında göstərildiyi üçün bir çox insan tərəfindən tənqid atəşinə tutulub. Çox az sayıda ciddi film tapmaq olur. İzlədikdən sonra insanda bir çox sual yaradan filmlərdəndir. Filmi anlamaq üçün araşdırmağa ehtiyac var. Bu film bir çox festivalda iştirak edib. Trier işidir. Deməli film boş deyil . Film bir çox criticizing saytlarında və festivallarda şiddətli tənqid edilib. Cinsəl münasibəti heç bir filmdə bu qədər açıqlıqla görə bilməzsiniz. Filmdəki sərt səhnələrə görə Trier-dən üzr gözləyən tənqidçiləri Trier çox təəccübləndirmədi.
Trier : " Heç bir halda Antichrist filminə görə üzr istəmə ehtiyacı duymuram. Əksinə Kinomotoqrafiyaya olan inancım bu film ilə ortaya çıxır və bu filmi kino həyatımın ən mühüm filmi kimi görürəm."
İndiki zamanda sənət filmləri çox mübahisə olan mövzudur. Hətta kinonun sənət olmadığıda söylənilir. Sənət filmləri onsuz hər zaman mübahisəli olub və bir çox insan tərəfindən sevilmir daha doğrusu bir çox insana xitab eləmir. Yaxşı film izləyicilərinə tövsiyyəm odur ki, filmi izlərkən özünüzü sadəcə rahat buraxmaqdır. Yəni filmə hər hansı bir mistik vəziyyəti həll etmək üçün baxmayın. Rahat şəkildə filmə baxsanız sizə anlatmaq istədiyini rahat şəkildə görə bilərsiz. Bizə göstərilən ; nəyi görüb-görməyəcəyimiz zaman bizi şübhəli buraxan şeylərdir. Sənət filmləri dedikdə ilk ağlıma gələn 3 isim İngmar Bergman, Andrey Tarkovsky və Bela Tarr-dır. Filmin sonundakı kimi film Andrei Tarkovsky həsr olunmuşdur. Çünki bütün yaxşı sənət filmləri anlatmaq istədiklərini gizli şəkildə ötürür. Gizlədiklərini biz onlara verərik. Bu bizim nəyi anladığımız, xatırladığımız, yaşadığımızla bağlıdır. Film Qorxu janrında göstərilib. Amma bu film sizin bildiyiniz izləyici kütləsini cəlb edərək pul qazanmaq məqsədilə şeytan çıxarma və ya əlində bir balta ilə insanların bağırsaqlarını çıxaran hekayə qəhrəmanı haqqında deyil.
Filmin ssenarisi Nietzsche, Strindberg, Munch kimi yazıçıların düşüncələrindən ilhamlanaraq yazılıb. Munch tarixin ən mühüm elm adamlarından və rəssamlarından biridir. Filmdə Munch rəsm sənətindən də istifadə edilib. Həmin rəsm əsəri 2012-ci ildə New York-da hərracda 120 milyona satılaraq ən bahalı sənət əsəri olaraq tarixə keçmişdir. Sənət əsərinin adı "The Scream" adlanır. Filmə bu səhnəni görmək olar. Bu fəryad içimizin səsidir, dərinliyə girərək bizə dərindən təsir edən, depressif bir insanın ruhunu sorğuladan və Tanrının bizə verdiyi "daxili məhkəmə" adlandılan vicdanımızı fəryadı.
Filmin giriş səhnəsi hər kəsi şok edən cinsəl münasibət ilə başlayır . Bu zaman oyanan balaca uşağı pəncərədən düşərək ölür. Ailə ciddi travma alır. Ana özünü günahladırır və bunun nəticəsi olaraq psixoloji çöküntü yaşayır. Həyat yoldaşı həkimlərin çoxlu sayda dərman verməsindən narahat olur və özüdə psixoloq olduğu üçün heç kəsin olmadığı təbiətlə iç-içə olan bir evə gedir. Yalnızlıq və səssizlik gözəl müalicə metodur. Amma bunun da bir sərhəddi var. Bu sərhəddi keçdiyin zaman insan dəli ola bilər. İnsan artıq təbiətin bir cismi halına gəlmişdir. Ən yırtıcı heyvan belə bir insanın yanında mələkdir. İnsanlar yaşamaq üçün heyvanları rahatlıqla öldürüb yeyə bilər. Filmdə deyildiyi kimi :
" Təbiət şeytanın ibadət ediyi yerdir...." (Nature is Satan's church.)
Filmdə ana (belə xitab edirəm çünki filmdə sadəcə uşağın adı bəllidir) özünü bir ara sağalmış kimi hiss edir. Bunu həyat yoldaşı ilə paylaşır. Amma həyat yoldaşı buna sevinmir. Buna görən She (ana) həyat yoldaşını sorğulamağa başlayır. Bu anda ekranda tülkü görünür və "Chaos reigns " (Xaos hökm sürəcək) deyə səslənir. Artıq film bizi sıxmağa başlamışdır. Psixoloji gərginlik yaşamağa başlayırıq. Çünki depressif bir ailə, cinsəl münasibət və anlaya bilmədiyimiz məqamlar. Trier-in ən sevdiyi məqamları yaşayırıq. Trier üçün ən müqəddəs şey - tənqiddir. Artıq təbiət sahəsində onun parçasına çevrilmiş She-ni görürük. She artıq vəhşiləşmişdir . Qorxuları ilə üzləşməkdən çəkinən She, həyat yoldaşının onu tərk edəcəyini düşündüyü üçün onu öldürmək qərarına gəlir. Amma bunu işgəncə verərək etmək istəyir. Cinsəllik səbəbi ilə uşağını itirdikləri üçün həyat yoldaşının cinsəl orqanına ziyan vurur. Bundan sonra öz cinsəl orqanınada ziyan vurur. Həyat yoldaşının onu tərk etməməsi üçün ayağına daşıması çətin dairə bağlayır. Film Dogville (2003) filmini yamsıladır. Amma ondan daha sərt şəkildə hazırlanıb.
Trier filmi anlatmaq üçün təbiəti seçib. Bəlkə buna görə filmi İngmar Bergman-a deyil Andrei Tarkovsky-ə həsr edib. Amma problemi İngmar Bergman kimi insanlarda görür. Dostoyevski-nin fikrinin əksinə olaraq "Tanrı yoxdusa hər şey ola bilər" deyir və problemi Tanrı ilə bağlamır. Nietzsche kölə əxlaqından (Xristianlıq) nifrət etdiyi açıq şəkildə ifadə edən bir insan olub. Nietzsche hətta "Anti-Christ" adlı kitabıda mövcuddur. Trier-in müsahibədə din haqqında belə demişdir :
" Xristianlıq mənə görə bərbat bir şeydir. Amma əslində dində belədir. Bunu çox yaxşı bilirəm. Nietzsche -nin "Antichrist" kitabını 12 yaşımdan bəri yatağımın baş ucunda saxlayıram. Xristian dini ilə ən böyük üzləşməmdir. Amma, şeytanlar mənim şəriklərimdir. Bəlkə də film ərsəyə gətirməyimin üstünlüyü budur. Şeytanlar sənə ağrı verərkən onları filmlərdə əks etdirə bilirsən. Beləcə sənin dostların və ilham qaynağın olurlar. Antichrist filmi mənim fəryadıma ən yaxın olanıdır. Həyatımın həqiqətən də ən pis vaxtlarına təsadüf edir. "
7.2 / 10
32. 12 Angry Men (1957)
Approved | 96 min | Crime, Drama
The jury in a New York City murder trial is frustrated by a single member whose skeptical caution forces them to more carefully consider the evidence before jumping to a hasty verdict.
Director: Sidney Lumet | Stars: Henry Fonda, Lee J. Cobb, Martin Balsam, John Fiedler
Votes: 860,471 | Gross: $4.36M
İsti bir gün...Kiçik bir məhkəmə otağına toplanmış 12 jury nümayəndəsi...Günahkar olduğu dəqiq kimi görülən bir gəncin taleyi bu otaqdan çıxacaq qərarla bağlı. Günahkar görülsə ölüm cəzası tətbiq olunacaq. Asan bir dava. Amma bu sadəcə otaqdakı 11 jury nümayəndəsi üçün belədir. Hər kəs qərarı həmin dəqiqə verib, işinə-gücünə qayıtmaq istəyir amma hər şey bu qədər asandır mı ? Bir insanı ölümə göndərmək bu qədər mi bəsitdir ? İçlərindən biri bunun o qədər də asan olmadığını, uşağın az da olsa günahsız ola biləcəyi ehtimalını söylər və edilən sorğuda səsini "ganhsızdır" kimi qələmə verər. Hər şey o cümlədən sonra başlar...Hirs, qərarsızlıq, incə məqamlar...Görəsən bu mümkündür mü ? Kiçik də olsa bir şansı ola bilməz mi ? - Yox, şahidlər var. Hadisəni gördüyünü söyləyən insanlar...- Bəli, bu güclü bir dəlildir ancaq gəncin yalan , onların doğru söylədiyini nə bilirsiz ? O gənc tində , küçədə, cinayətin olduğu yerdə böyümüş biridir. Belə birinə inanmaq olar mı?
Gəncin günahsız olduğuna inanmaq istəyən 8 nömrəli jury nümayəndəsi : " ...əlimi qaldıraraq bir uşağı ölümə göndərmək, mənim üçün asan deyil..." - deyə sözə başlar və insanların önyargısını qırmağa çalışır.
Otaqda iclas başlamazdan əvvəl jury nümayəndəsi : "bu gün meteorologiyanın verdiyi məlumata görə hava çox isti olacaq." deyir. Amma iclasın ortalarına yaxın dolu yağmağa başlar. Həqiqətəndə bu səhnədə mənə görə çox incə mesaj verilib.
Kimisi axşam ki, oyuna gecikməmək üçün, kimisidə gündəlik həyatına qayıtmaq üçün çox asanlıqda bir insanın "ölüm" əmrini verərkən 8 nömrəli jury-nin bir ehtimal axtarması çox gözəl idi.
Soundtrack-lerin olmaması, filmin ağ-qara fonda olması və ilinə görə önyargılı ola bilərsiniz. Amma sizdə önyargınızı kənara qoysanız mükəmməl film izləyə bilərsiz. Bu filmi daha çox xarakter(kişilik) sahibi olmağa çalışan insanlara eləcədə uşağını xarakterli etməyə çalışan insanlara məsləhət görürəm.
33. Full Metal Jacket (1987)
R | 116 min | Drama, War
A pragmatic U.S. Marine observes the dehumanizing effects the Vietnam War has on his fellow recruits from their brutal boot camp training to the bloody street fighting in Hue.
Director: Stanley Kubrick | Stars: Matthew Modine, R. Lee Ermey, Vincent D'Onofrio, Adam Baldwin
Votes: 787,908 | Gross: $46.36M
Ən yaxşı elmi-fantasika filmi kimi göstərilən "2001: A Space Odyssey" və ya ən yaxşı dystopia filmi kimi göstərilən "A Clockwork Orange" filmlərinə baxdıqdan sonra Stanley Kubrick filmlərindən nə gözləyirsiz ? Günümüzdəki problemləri kinayəli şəklində göstərmək mi ? Yoxsa insanı psixoloji sartıstmaq mı ? Yoxsa qeyri-adilik mi ? Bunların hamısını eyni anda göstərməyi bacaran bir film izləyirik "Full Metal Jacket". Kubrick-in filmi Gustav Hasford-un romanından daha çox qısa bir hekayənin kitabına bənzəyir. Filmin hər səhnəsində Kubrick öz stilini ortaya qoyaraq mahir bir iş ortaya çıxarıb. Film hələ başlar-başlamaz əsgərlərin təlimini və psixologiyasını incə yumor hissi ilə bizə göstərir. Filmin ilk hissəsi adlandırlan bu səhnələr İngiltərədə çəkilib. "Ən yaxşı müharibə filmi" adlandırlsada reallıq baxımdan "Apocalypse Now" (insanın insanlıqdan çıxdığını göstərir), "The Deer Hunter" (proletarların gözündə müharibə psixologiyasını göstərir) və " Platoon" filmləri ilə müqayisədə sinifdə qalır. Çünki filmin final səhnəsi "II Dünya Müharibəsi" ilə bağlı Hollywood studiyalarında çəkilən filmlərə bənzəyir.
Bu filmi izlərkən bütün "müharibə" filmlərini yadınızdan çıxarın. Bu sizin istədiyiniz kimi müharibə filmi deyil. Müharibə psixologiyası haqqında nə bilirik ki onsuz ? Müharibə adlanan şey ən saf insanın içərisindəki pislikləri belə üzə vurmağa yetə bilər. Kubrick-in digər filmlərində olduğu kimi "Full Metal Jacket" filmi insanın psixologiyasını analiz edir və müharibə filmini bizə başqa dildə anlatmağa başlayır. Kino ilk səhnəsində komandirin əsgərlərlə dialoqu, qəribə səhnələri ilə bizə qara komediya filmi kimi gələ bilər. Sonradan Kubrick-in müharibəni lağa qoyduğunu , müharibənin necə mənasız və boş bir şey olduğunu göstərməyə çalışdığını anlayırıq. Əslində digər müharibə filmlərinə baxsanız milliyətçiliyin ön planda olduğunu görə bilərsiz. Hər dəfəsində hansısa tərəfi haqsız çıxarıb digər tərəfi üstə çəkməyə çalışırlar. Amma Kubrick bu vəziyyəti ortada saxlamağı bacarıb və mövzuya ironical şəkildə yanaşmağı bacarıb və bir səhnədə əsgərin taxdığı papaqda "born to kill" (öldürmək üçün doğul) yazılmasına baxmayaraq "sülh" nişanı taxmasına ironical şəkildə gözəl yanaşır.
"Full Metal Jacket" filmi hər kəsin bildiyi kimi 2 hissədən ibarətdir. Rejissor ilk hissədə əsgərlərin müharibə vəziyyətinə hazırlaşdığını və üzləşdikləri psixoloji problemləri maraqlı şəkildə göstərməyə çalışır. İlk bölümdə Militarist təhsilə uyğunlaşa bilməyən mentalitetdən kənara çıxan "kök" Pyle -nın komandir Hartmanı öldürür. Pyle -nın komandiri öldürməsinin əsas səbəbi təhqir olunması, kənara atılmağı, cəza tətbiq olunması və dostları tərəfindən döyülməsidir. Bu qatı sistemə dözməyən sadəcə Pyle-dır. Digərləri isə artıq öldürməyə hazırdır.
İkinci hissə Nancy Sinatra - "These Boots Are Made for Walkin " mahnısı ilə başlayır .Artıq təlim bitmişdir və əsgələr Vietnam-a göndərilmişdir.
"Full Metal Jacket" qışqırdıcı filmlərdən biridir. Amerikan militarist və müstəmləkə rejimi tənqid edən və analiz etməyə çalışan bir filmdir. Rejissor amerikanın indi Əfqanistan və İraq-da yürütdüyü müstəmləkə rejimi o zamanlarda Vietnamda etdiyi göstərməyə çalışır. Vietnamdakı insanları "azadlıq" uğruna mı öldürdülər...? Bu bir soyqırım idi. Network (1976), Nightcrawler (2014) filmlərindəki kimi informasiya agentliklərin saxtakarlığından istifadə edən Amerika öz günahlarını "11 Sentyabr" hadisələri ilə örtməyə çalışır. "11 Sentyabr" hadisəsindən sonra ədaləti yerinə yetirmək bəhanəsilə neçə günahsız insan öldürüldü...?
Ermey (Hartman) əvvəllər bu sistemdə işləyən komandir olduğundan Kubrick rolun realist olmasını istədiyi üçün onu seçmişdir. Keçmişdə orduda komandir olan Ermey işlətdiyi replikaların bir çoxunu özü yazmışdır və "təhqirin, şiddətin" orduda sıradan bir şey olduğuu vurğulamışdır. Həmçinin filmin bəzi səhnələri kəsilmişdir. Beləki filmdə əvvəllər əsgərlərin futbol oynadığı səhnə var idi. Lakin bu səhnədə əsgərlər top əvəzi insan başı işlətmişdir. Sonradan bu səhnə silinmişdir.
Kubrick-in başlıca Fransa olmaqla bir çox ölkədə qadağan olan filmi Paths of Glory(1957) və kinomotoqrafiya tarixində "black comedy" janrının sahəsəri sayılan Dr. Strangelove (1964) filmləri ilə birlikdə "Full Metal Jacket" (1987) filmi anti–militarist filmləri olaraq ön plana çıxır.
34. The Tribe (2014)
Unrated | 126 min | Crime, Drama
A deaf boy joins a boarding school for similar children. Confronted by the violent and criminal antics of some of the other boys and girls, he struggles to conform and join the 'tribe'.
Director: Myroslav Slaboshpytskyi | Stars: Hryhoriy Fesenko, Yana Novikova, Rosa Babiy, Oleksandr Dsiadevych
Votes: 11,976 | Gross: $0.15M
Ukraniyalı rejissor/ssenarist Miroslav Slaboshpitsky yüksək tərif görmüş işarət dilindən istifadə olunmuş debut filmidir. Cannes Film Festivalında qazandığı mükafatlar ilə diqqət çəkmişdir. Mükafatlandırma zamanı tənqidçilər bu qədər risk alan Slaboshpitsky-nin sarsıdıcı filmini "Cannes festivalının ən yaxşı" və ya "Cannes festivalının ən pis" filmi olacağı haqqında fikir ayrılığı yaşamışdır. Bu film "The Great Beauty" filmi kimi birdən inkişaf edərək ulduz halına gəlməmişdi və ya "Blue Is the Warmest Color" filmi kimi konflikt yaratmamışdı. Əldə olan bir neçə yaxşı filmə baxmayaraq bu kino insanları narahat etmirdi. Film lal insanların olduğu cəmiyyətdən danışdığı üçün kinoda heç bir dialoq yoxdur. Hər hansı görsəl effekt olunmadan, soundtrack işlətmədən bütün reallığı gözlər önündə göstərir. Gərçəklik budur. Bela Tarr-ın filmlərindəki kimi səssiz şəkildə insanı dərindən sarsıda bilir. Sabah yaxının öləndə nə soundtrack olur, nə min effektli Marvel qəhrəmanları. Sənət filmlərini buna görə sevirəm. Reallığı açıq şəkildə , sarsıdaraq , təsir edərək göstərə bilir. Filmin ilham qaynağı "primitiveness" (ibtiadilik) anlayışıdır. Film hər nə qədər müxtəlif yönlərə çəkilsədə əsas mövzu insanların lal və kar olmasıdır ki, buda primitiveness anlayışın bir parçasıdır. Filmin abu havasında səssizdə olsa psixoloji-gərginlik var. Çünki ismini belə bilmədiyimiz insanların nə anlatdığını başa düşə bilmirik və daim şiddət yönlüdülər. Cəmiyyətin bir yerdə yadda çıxardığı, unutduğu bu plemya bir xaos içərisindədir. Öz aralarında qruplaşma yaranıb. Xoşbəxt deyillər. Kubrick-in "A Clockwork Orange" filmində S.Freud-un ego anlayışını Slaboshpitsky-də işlədib. Beləki S.Freud insanı 3 psixoloji mərhələdə analiz etmişdi : şüur, ego və superego. Amma burada rejissor fərqli paradox işlədib. Sizcə ego-mu şüur-a qalib gəldi yoxsa şüur-mu ego-ya ? Rejissor-un müsahibəsində dediyi kimi : " Bu, çox gənc insanlar haqqında bir filmdir. Gənclər bütün duyğularını saf və şiddətli bir şəkildə yaşarlar, sevgini, nifrəti, qəzəbi, hirslənməyi də, çarəsizliyi də. Və bu duyğuları anlatmaq üçün kəlimələrə ehtiyac yoxdur...." Filmin festivallarda - "səssizlik heç bu qədər mərhəmətsizcə olmamışdı" devizi ilə təqdim olunmuşdur. Lilya F-ever (2002) ; Trade (2007) kimi filmlərin ssenarisindən daha çox təsir edən bu filmi mütləq izləyin.
35. Jamesy Boy (2014)
Not Rated | 109 min | Biography, Crime, Drama
A young gang member turns his life around in prison, thanks to the friendship he forms with a convicted murderer who becomes his mentor.
Director: Trevor White | Stars: Spencer Rocco Lofranco, Mary-Louise Parker, Ving Rhames, James Woods
Votes: 6,328
Film James Burn-ün 14-18 yaşında problemli həyatı haqqındadır. Əslində bu həyat bir çox gəncə aiddir.Narkotik kimi bir çox pis işlərin satıcısı olan bir uşaq olan James türməyə düşür. Kinoda bu hekayə müəyyən qurğularla göstərilir. Yəni bir anda James-in məhkəmə anını digər anda isə James-in məhkəməyə necə düşdüyünü izləyirsiz. Amma məhkəmədə tanış olduğu bir dostu onu dəyişdirir, həyat fəlsəfəsi dəyişir. Axıcı bir filmdir. Hal-hazırda New-York yazıçı olan James Burn-ün 0-dan başlayan həyatı bir çoxunuza maraqlı gələ bilər. Əzmkarlıq ön plandadır.
36. Earthlings (2005)
95 min | Documentary
Using hidden cameras and never-before-seen footage, Earthlings chronicles the day-to-day practices of the largest industries in the world, all of which rely entirely on animals for profit.
Director: Shaun Monson | Star: Joaquin Phoenix
Votes: 19,771
Earthlings yer kürəsində yaşayan canlıya deyilən bir anlayışdır. Bu anlayışda irq, din,cins, millət ayrımı yoxdur. Earthling-də yaşayan sadəcə insanlar deyil - bitkilər, heyvanlarda bu anlayışın bir parçasıdır. Amma nə yazıq ki, insanoğlu hər zaman hər yerdə hakimiyyəti ələ almaq istəyir. Joaquin Phoenix səsləndirməsi ilə haqqında yazdığım sənədli film utanc vericidir. Anlatmaq istədikləri narahat edicidir, iyrəncdir, filmi bağlayıb bir daha baxmaq istəmədiniz cinsdəndir. Vicdanımızı rahatlatmaq məqsədi ilə bir təsəlli axtarmağa çalışacağımız filmlərdən biridir. Həqiqətən də mədəmin qaldıra bilmədiyi səhnələr ilə qarşılaşdım. İnsanlar heyvanların şüurunun olmaması səbəbilə onların ağrıyı hiss etmədiklərini düşünür... "Deyilir ki, əgər öz yeməyinizi öldürmək məcburiyyətində qalsaydıq vegeterian olardıq..." 1978- ci ildə Parisdə UNESCO heyvanlar haqqında bəyannamə qəbul edilmişdir. Bu bəyannaməyə əsasən bütün heyvanlar hörmət görməyə haqqları var və yaşam həyatlarına bərabər hüquqlu doğarlar. Heç bir heyvana qəddar, zülmkar şəkildə davranmaq olmaz. Ölmək məcburiyyətində olsalar belə insani şəkildə öldürülməlidir. Heyvanlar əyləncə məqsədi və tibbi təcrübə məqsədi ilə işlədilə bilməz. Bu bəyannamə ilə bağlı bütün məlumatı burdan əldə edə bilərsiz. http://www.think-differently-about-sheep.com/Animal_Rights_… "Hər şeydə ayrı-seçkilik etmək istəməyən , bərabər hüquqlu yaşam istəyən insanlar nə yazıq ki, bərabərlik prinsipini bilmir. Hər canlının çəkdiyi ağrı sənində ağrındır..." Hər insan bir "kim"likdir bir "şey" deyil. Amma biz güclü olanın gücsüz olana "şey" kimi davranmasını çox vaxt görə bilirik. Filmin ssenaristi heç bir ayrıcalıq etməyib. Beləki hər millətin heyvanlara davranışları haqqında məlumat qoyublar - türkiyə, yaponya, amerika, yəhudilər....Onsuz hansı qanun, bəyannamə işlək formadadır ki, bu qanunlarda işləsin... Heyvanların kəsildiyi yerlərdə pəncərələr olsaydı hamımız vegeterian olmazmıydıq...? The Cove filmi ilə yeni bir xəstəliyin nə olduğunu öyrənmişdim. Bu filmdə isə Pfisteria virusu haqqında öyrəndim. fisteria xəstəliyi donuzların iç salatının , pisliklərinin dənizə atılması nəticəsində yaranıb. Bunun nəticə olaraq bir çox dəniz canlısı ölüb. Bu insanları və digər canlıları təhdit edən böyük problemlərdən biridir. Bio Riskinə görə Ebola virusu 4-cü dərəcəli, AİDs 3-ci dərəcəli və Pfisteria 3-cü dərəcəli virusdur. "Gəlmiş-keçmiş bütün canlılar içərisində insanoğlu ən iyrənc olanıdır. Ağrı hissini bilməsinə baxmayaraq, idman üçün ağrı verən tək canlıdır. " (c) Mark Twain
37. Letters to Father Jacob (2009)
74 min | Drama
With few options, newly pardoned convict Leila agrees to work as an assistant to a blind pastor. Father Jacob spends his days answering the letters of the needy, which Leila finds pointless... See full summary »
Director: Klaus Härö | Stars: Kaarina Hazard, Heikki Nousiainen, Jukka Keinonen, Esko Roine
Votes: 2,491
Qısa film olsada təsir edici filmlərdən biridir. 3 kişi ilə (ilk səhnədəki polis istisna) çəkilsədə axıcı filmdir. Leila ömürlük həbs məhkum edilmiş bir qadındır. 25 il sonra əfv edilərək Jacob adlı yaşlı rahibin evinə məktub oxumaq üçün göndərilir. Başlarda önyargılı olsada sonrada Jacob-a isinməyə başlayır. Jacob isə yaşlı və kordur. Həyata sadəcə insanlardan aldığı məktublar ilə bağlanmışdır. Bir müddətdən sonra isə məktub almayan Jacob artıq anlayır ki, həyatda tutunacağı bir şey yoxdur. Leila-nın əfv edilməsinin səbəbi isə Jacob-un yazmış olduğu məktubdur. Leila ilk başlarda bunu qəribə qarşılayır. Uşaqlıqda anası tərəfdən şiddət görən Leila-ya dəstək olan sadəcə bacısı Lisa idi. Lisa böyüdükdən sonra evlənir və hər gün əri tərəfdən şiddət görür. Bir gün bunu görən Leila Lisa-nın həyat yoldaşını öldürür və ömürlük həbsə məhkum olur. Jacob-un isə əfv məktubunun səbəbi Lisa-dır. Lisa həbsdə olan bacısına köməyi Jacob-da görür və ona daima məktub yazır...
6.9/10
38. The Breakfast Club (1985)
R | 97 min | Comedy, Drama
Five high school students meet in Saturday detention and discover how they have a great deal more in common than they thought.
Director: John Hughes | Stars: Emilio Estevez, Judd Nelson, Molly Ringwald, Ally Sheedy
Votes: 434,786 | Gross: $45.88M
2000-ci ilin əvvələrində gənclik filmi kimi "American Pie" ön plana çıxsada 80-ci illərdə çəkilən və gəlmiş keçmiş ən yaxşı gənclik filmi adlandırılan "The Breakfast Club" John Hughes-un yazıb yönətdiyi müxtəlif səbəblərə görə cəza alan 5 gəncin və bir çoxunuzun zəhləsi gedən tipdə olan bir müəllimi ələ alır. John Hughes çoxumuz tanımasaqda kinolarına bir çoxumuz baxmışıq. +18 səhnələrin olmadığı bir gənclik filmi izləməkdə var imiş . Onsuz bu film bir neçə filmin mövzusunda olub. Məsələn Pitch Perfect filminə baxanlar biləcək. Film həmin fimdə çox müsbət rəylər almışdı. Bəsit kimi görünsə də bir çox müsbət nəticələr var. Bir sözlə dərslik filmlərdən biridir.
"- Have you ever done it?
+ I don't even have a psychiatrist.
- Have you ever done it with a normal person?
- You never answered the question.
- Well, if you say you haven't, you're a prude. If you say you have you're a slut. It's a trap. You want to but you can't, and when you do you wish you didn't, right?"
39. Angels of the Universe (2000)
100 min | Biography, Drama
Páll is an artistic and sensitive young man. Getting dumped by his girlfriend, Dagny, triggers his descent into madness. We follow him on his way to what seems like inevitable doom; at home... See full summary »
Director: Friðrik Þór Friðriksson | Stars: Ingvar Sigurdsson, Baltasar Kormákur, Hilmir Snær Guðnason, Björn Jörundur Friðbjörnsson
Votes: 3,046
Şübhəsiz , One Flew Over the Cuckoo's Nest (1975) filminin İzlandiya versiyasıdır. Eyni ssenari deyil. Çünki Angels of Universe filminin hekayəsi real hadisələrə əsaslanır. Rejissor Fridriksson xəyallar ilə reallığı əla şəkildə ayırmağı bacarıb.
-spoiler-
Reykjavik-də yaşayan Pall-ın musiqiyə və sənətə aşiqdir. Pall bir qıza aşiq olur. Lakin atasının taksi sürücü oldğu üçün qız onu tərk edir. Bundan sonra depressiya düşən Pall əvvəlki kimi olmur və şizofren olur. Dəlixandakı ən yaxın 2 dostunu və real həyatdak dostunu itirən Pall kitab yazaraq intihar edər..spoiler
Filmin mövzusu romana əsaslansada kitab gənc yaşda intihar edən Pall-ın qardaşı tərəfindən qələmə alınıb.
Əla soundtrack-ləri var idi. Giriş soundtracki mükəmməl idi .
https://www.youtube.com/watch?v=ih_fm-61L2c
"Dibə batanda, gərçəkliyin qəddar şiddəti ilə üz-üzə qalırıq."
40. Reconstruction (2003)
PG-13 | 90 min | Drama, Romance
A young man who thought himself already in love with a nice girl is drawn into a literary drama when he is captured by a deep and stimulating love affair.
Director: Christoffer Boe | Stars: Nikolaj Lie Kaas, Maria Bonnevie, Krister Henriksson, Klaus Mulbjerg
Votes: 7,610 | Gross: $0.07M
"Bu yalnızca bir filmdir...Hamısı bir uydurmadır...Amma yenədə ağrıdır...." Filmin hekayəsi Orpheus və Eurydice mifinə əsaslanır. Hekayəyə görə gənclər bir-birilərini çılğınca sevməkdədir. Bir gün görüş yerinə gələn Eurydice yolda ilan tərəfindən zəhərlənərək yeraltı zindanına salınır. Bunu öyrənən Orpheus ətrafda dəli kimi fırlanmağa başlayır və hər gün dua edər. Bunu eşidən Tanrılar Orpheus-a bir şans verər. Amma bunun müəyyən qaydaları vardır. Belə ki, sevginin gücü sədaqətlik və möhkəmlik üzrə ölçüləcəkdir. Orpheus sevdiyini yeraltından çıxarmaq üçün zindandan çıxana qədər Eurydice-ın üzünə baxmamalıdır. Zindandan çıxmaq üzrə ikən Orpheus son anda dönər və sevgilisinin üzünə baxar. Və bu andan sonra Eurydice-ı ömrünün sonuna qədər görə bilməz... daha ətraflı : https://en.wikipedia.org/wiki/Orpheus_and_Eurydice İnsanlar sahib olduqları şeylərdən başqa daha çox şey istər və səbirsizliklə, tamahla əlindəkilərdən rahatca əl çəkərlər. Hər zaman ehtimallar ilə yola çıxarsan məğlub olan tərəf sən olarsan. Rejissor Christoffer Boe -nin dediyi kimi "bir gün həyatınıza biri girər və bütün dünyanız dəyişər..." Filmdə sonlara yaxın səhnədə keçən replika kimi "Əgər Alex arxaya çönüb baxsa və ya şübhə duysa Aimee yox olacaqdı. " Bu səhnə ilə yuxarıda yazdığım hekayənin bir bağlantısı var. Filmdəki əsas qəhrəman Alex Aimee və Simone arasında get-gəl yaşayır. Verəcəyi hər hansı bir qərara görə gələcəkdə peşman olacağını düşünür və bundan qorxur. Lakin qərar verməyi üçün zamanı azdır..Ya qərar verəcəkdir yada hər şey 24 saat içində yox olacaqdır. Bəzi filmlər vardır bitdikdən sonra düşündürən, sual işarəti buraxan. Film Closer (2004) filminə azda olsa oxşayır. Amma o kino kimi hadisələri açıq-aşkar göstərmir. Bəzi yerlər beyninizdə daha qaranlıq şəkildə qalır. Gərək bunu özünüz həll edəsiz. Filmdə bəzi səhnələr var ki, həqiqətən də ssenarist gərçəkləri yaxşı müəyyən edib. Məsələn səhələrin birindəki bu dialoq diqqətimi çəkdi.
- İnanıram ki, sevgi, əsas olaraq iki cinsiyyətdə də tək-tək fərqli şeyləri ifadə edir. Qadın üçün sevgi vacibdir. Onsuz yaşanmaz. Qadın üçün sevgi, həyatın şüurlu bir seçimidir. O, aşiq olmağı seçər.
- Bəli, bu doğru deyil ki ? Sevişmək bu variantı ortadan qaldırmaz. Digər yandan biz kişilər hər şeyin birdən reallaşmağını istəyirik. Heç proqramlamadan. Çünki biz sevgidən utanırıq. O bir əngəldir.
Hər zaman söyləndiyi kimi ; sevgi, o günə qədər varolan hər şeyi unutmaq və yeni bir həyat yaratmaq mıdır ?
Tell Your Friends